Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov İkinci Biləcik kəndinin sakinləri ilə görüşüb

18 iyun 2026 | 18:05

İyunun 18-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun İkinci Biləcik kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri haqqında kənd sakinlərinə məlumat verib.

Kənd sakinləri Aslanov Ehtibar, İbrahimxəlilov İsmayıl, Abdullayev Əlibala və başqaları çıxış edərək kənddaxili yolların təmir olunmasına köməklik göstərilməsini, kəndin ərazisində yararsız elektrik dirəklərinin dəyişdirilməsini və SİP kabelləşmə işlərinin aparılmasını, kənd tibb məntəqəsi üçün yeni binanın tikilməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

Keçidlər