Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov IV Özbəkistan–Azərbaycan Regionlararası Forumda iştirak edib
Avqustun 22-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib.
Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı 400-dək şirkət təmsil olunub.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov IV Özbəkistan–Azərbaycan Regionlararası Forumda iştirak edib.
Tədbirdə iki ölkə arasında sənaye, kənd təsərrüfatı, ticarət və digər sahələrdə regionlararası əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
IV Forumun əvvəlki forumlardan əsas fərqi regionlararası əməkdaşlığın daha çox konkret iqtisadi layihələr əsasında qurulmasıdır.
Forum çərçivəsində enerji, maliyyə, tikinti və istehsal sahələrində əməkdaşlığa dair bir sıra sənədlər mübadilə edilib, birgə layihələrin reallaşması üçün yeni imkanlar nəzərdən keçirilib.
Tədbir biznes dairələri arasında görüşlərlə davam edib.
Ümumilikdə, forum Türk dünyasının ümumi inteqrasiya proseslərinə mühüm bir töhfədir.







