Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Kiçik Dəhnə kəndinin sakinləri ilə görüşüb

05 sentyabr 2025 | 11:27

Sentyabr ayının 4-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Kiçik Dəhnə kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrdən, rayonda son dövrlər görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinləri Rəşidov Aydın, İsmayılov Miçurin, Cəmilsoy Niymət və başqaları çıxış edərək kəndin ərazisində əlavə subartezian quyularının qazılması, ərazidəki elektrik transformatorlarına ayırıcı açarlar qoyulması, Kiçik Dəhnə kənd 2№- li tam orta məktəbin su ilə təmin edilməsi və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Keçidlər