Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Kiş kəndinin sakinləri ilə görüşüb

13 avqust 2026 | 17:57

Avqustun13-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Kiş kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının birinci müavini Elman İmamverdiyev, Şəki şəhər-rayon polis şöbəsinin rəis müavini Vüqar Xəlilov, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri haqqında kənd sakinlərinə məlumat verib.

Sonra ötən müddət ərzində kəndin ərazisində görülmüş işlər barədə məlumat verilib.

Kənd sakinləri Ramazanov Ələddin, İsrafilov Fikrət, Qarayev Malik və başqaları çıxış edərək kəndin mərkəzi küçəsinin asfatlaşdırılmasını, kənd həkim məntəqəsinin əsaslı təmir olunmasını, kəndin Kiş çayı ilə həmsərhəd hissəsində istinad divarının tikintisinin davam etdirilməsini və sair məsələləri xahiş ediblər.

Səyyar qəbulda qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

Keçidlər