Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Köndələn kəndinin sakinləri ilə görüşüb
Sentyabrın 12-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Köndələn kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin cari ilin 6 sentyabr tarixində İtaliyada Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışından bəzi məqamları görüş iştirakçılarının diqqətinə çatdırıb.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib, qaldırılmış məsələlərlə bağlı tapşırıqlar verilib.
Görüş zamanı Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı maarifləndirici söhbət aparmış, bununla bağlı hazırlanmış bukletlər görüş iştirakçılarına paylanmışdır.
Görüş zamanı, həmçinin, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin icbari sığortalanmasınınn vacibliyi vurğulanmışdır.