Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mayın 26-da Göybulaq kəndinin sakinləri ilə görüşüb.

26 may 2022 | 18:12

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident cənab İlham Əliyevin Belçika Krallığının paytaxtı Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında keçirilən görüşün əsas məqamlarını görüş iştirakçılarının nəzərinə çatdırıb.

Sonra icra başçısı son müddət rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Kənd sakinləri Dilbazi Əmrahova, Zahir Zamanov və başqaları çıxış edərək yararsız elektrik dirəklərinin dəyişdirilməsi,  köhnə transfarmatorun təmirinə, kəndə EATS quraşdırılmasına  köməklik göstərilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər