Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov növbəti səyyar qəbul keçirib
Oktyabrın 5-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Daşbulaq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son dövrlər ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən, Qarabağ bölgəsində aparılmış lokal xarakterli antiterror tədbirlərindən və əldə olunnuş nəticələrdən danışıb, Prezident cənab İlham Əliyevin oktyabr ayının 2-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışından bəzi mesajları iclas iştirakçılarının nəzərinə çatdırıb.
Sonra kənd sakinləri İslamov Nail, Məmmədov Xalid, Hüseynov Dilavər və başqaları çıxış edərək Daşbulaq kəndinə optik internet xəttinin çəkilməsi, yüksək və aşağı gərginlikli elektirik dirəklərinin və naqillərinin dəyişdirilməsi, Daşbulaq kəndini əsas maqistral yolla birləşdirənn 5 km yolun əsaslı təmiri və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.
Görüş zamanı dini radikalizmin, narkomaniyanın yaratdığı fəsadlardan, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilib.