Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Öryət kəndinin sakinləri ilə görüşüb

19 yanvar 2024 | 08:56

Yanvarın 18-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Öryət kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ötən 2023-cü il ərzində ölkəmizin həyatında baş vermiş önəmli hadisələrdən danışıb, qarşıda duran vəzifələr barədə məlumat verib.

Sonra kənd sakinləri Saatova Xəyalə, İsmayılov Şövkət və başqaları çıxış edərək Öryət kənd ümumi orta məktəbin binasının genişləndirilməsi, məktəbin həyətinin asfaltlanması, magistral yoldan Öryət kəndinə gedən əsas yolun əsaslı təmiri, kəndə internetin verilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlar, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilmiş, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuşdur.

Keçidlər