Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Oxud kəndinin sakinləri ilə görüşüb
May ayının 15-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Oxud kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
Kənd sakinləri Bəkirov Qüdrət, Ağabalayev Telman, Abdullayev Seyid-Əzim və başqaları çıxış edərək Oxud kəndinə giriş yolunun əsaslı təmir olunmasını, kəndin “Yeni Oxud” adlanan məhəlləsinin qazlaşdırılmasını, “Dəlləklər” adlanan məhəllədə yerləşən artezian quyusunun təmir olunmasını və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







