Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qaradağlı kəndinin sakinləri ilə görüşüb
Sentyabrın 10-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Qaradağlı kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının birinci müavini Elman İmamverdiyev, başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Şəkidə aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri haqqında kənd sakinlərinə məlumat verib.
Sonra ötən müddət ərzində kəndin ərazisində görülmüş işlər barədə məlumat verilib.
Kənd sakinləri Paşayeva Pakizə, Abdurahmanov Kənan, Əliyev Xanlar və başqaları çıxış edərək Qaradağlı kəndinin təbii qazla təmin olunmasını, kəndin elektrik təsərrüfatında SİP kabelləşmə işlərinin aparılmasını, ərazidə optik internet şəbəkəsinin qurulmasını və sair məsələləri xahiş ediblər.
Səyyar qəbulda qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







