Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qaratorpaq kəndində səyyar qəbul keçirib
Dekabrın 11-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Qaratorpaq kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il tarixdə Slovakiya səfəri zamanı mətbuata verdiyi bəyanatdan bəzi fikirləri görüş iştirakçılarının nəzərinə çatdırıb.Sonra icra başçısı ölkədə ictimai-siyasi sahədə baş verən mühüm hadisələrdən, rayonda son dövrlər görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinləri Mustafayev Fəxrəddin Abdullayev Tərlan, Möylamov Adil və başqaları çıxış edərək kəndə təbii qazın verilməsini, içməli su xəttinin həyətlərə çəkilməsinə köməklik göstərilməsini, kənd uşaq baxçası üçün yeni binanın tikilməsini, kəndin girəcəyindən məktəbə qədər olan yolun əsaslı təmir olunmasını və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







