Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qaratorpaq kəndinin sakinləri ilə görüşüb.
Noyabrın 19-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Qaratorpaq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən, COP29 çərçivəsində təşkil olunan tədbirlərdən danışıb.
Sonra kənd sakinləri Məhərrəmov Həzi, Süleymanov Əhməd, İsayev Mikayıl və başqaları çıxış edərək kəndə təbii qazın verilməsinə köməklik göstərilməsi, kənd tibb məntəqəsi üçün yeni binanın tikilməsi, əkin sahələrində gəmircilərə qarşı mübarizə üçün dərman preparatlarının ayrılması və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.