Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qayabaşı kəndində səyyar qəbul keçirib

23 dekabr 2025 | 15:59

Dekabrın 23-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Qayabaşı kəndində  səyyar  qəbul  keçirib.

Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayonda son dövrlər görülən işlərdən, qarşıda duran vəzifələrdən söz açıb.

Sonra kənd sakinləri Nağıyev İlqar, Hacıəliyev Fikrət, Qurbanova Rahilə və başqaları çıxış edərək Qayabaşı kənd tam orta məktəbinin binasının əsaslı təmir olunmasını, kənd uşaq bağçası üçün bina tikintisinə köməklik edilməsini, kəndin ərazisində sahibsiz itlərin zərərsizləşdirilməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

Keçidlər