Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qayabaşı kəndinin sakinləri ilə görüşüb.
Oktyabrın 15-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Qayabaşı kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən, bir aydan sonra Bakının ev sahibliyi edəcək beynəlxalq tədbirin - COP29 iqlim konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb.
Sonra kənd sakinləri Musayev Kamran, Əmrahov Tahir, Rəhimov Qurban və başqaları çıxış edərək kənddə içməli su probleminin həll olunması, torpaqların icarə haqlarının çox olması, taxıl sahələrində ziyanvericilərlə mübarizə sahəsində köməklik göstərilməsi, internetin sürətinin aşağı olması və sairə məsələləri xahiş ediblər. Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.