Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qırxbulaq kəndinin sakinləri ilə görüşüb

19 sentyabr 2023 | 17:39

Sentyabrın 19-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qırxbulaq kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son dövrlər ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən danışıb, Prezident cənab İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündəki çıxışından  bəzi mesajları görüş iştirakçılarının nəzərinə çatdırıb.

Sonra kənd sakinləri Yusibov Maxsud, Hüseynova Rəna, Məcidov Niyazi və başqaları çıxış edərək Qırxbulaq kəndinin mərkəzi yolunun əsaslı təmir olunması, kəndin elektrik təsərrüfatının yenilənməsi, kəndin sürətli internetlə təmin edilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirmişdir.

Keçidlər