Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qoxmuq kəndinin sakinləri ilə görüşüb
Avqustun 6-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Qoxmuq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının birinci müavini Elman İmamverdiyev, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri haqqında kənd sakinlərinə məlumat verib.
Sonra ötən müddət ərzində kəndin ərazisində görülmüş işlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Kənd sakinləri Camılov Cabir, Qaffarov Şamil, Abdullayev İmdat və başqaları çıxış edərək kəndin yeni yaşayış massivində tikilmiş fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsini, kənddaxili mərkəzi yolun işıqlandırılmasını, kənd qəbiristanlığının qarşısından keçən suötürücü borunun daha iri diametrli boru ilə əvəz olunmasını və sair məsələləri xahiş ediblər.
Səyyar qəbulda qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən yeni yayılmağa başlamış Amerika ağ kəpənəyinin bitkilərə vurduğu ziyan, onunla mübarizə tədbirləri barədə məlumat verilib, bununla bağlı sakinlərə maarifləndirici bukletlər paylanılıb.







