Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qoxmuq kəndinin sakinlərini dinləyib
Aprelin 16-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Qoxmuq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son dövrdə ölkəmizin həyatında baş vermiş önəmli hadisələrdən danışıb, qarşıda duran vəzifələr barədə məlumat verib.
Sonra kənd sakinləri Camılov Cabir, Zəkəryəbəyli Elşən, Salamov Əhəd və başqaları çıxış edərək kəndin yeni yaşayış massivinin qazlaşdırılması, Qoxmuq kənd tam orta məktəbinin və ətrafında olan yaşayış evlərinin içməli su təminatının yaxşılaşdırılması, ərazidəki kənddaxili yolların asfaltlanması və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.
Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlar, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilmiş, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuşdur.