Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qozlubulaq kəndində səyyar qəbul keçirib.

19 noyabr 2025 | 09:56

Noyabrın 18-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qozlubulaq kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrdən, rayonda son dövrlər görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinləri Tanrıverdiyev Azər, Quliyev Vüsal və başqaları çıxış edərək kənddə uşaq bağçasının açılmasını, kəndarası yolların təmir olunmasını, üzüm istehsalçılarının məhsulunun satışına köməklik göstərilməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Görüşdə qəhvəyi mərmər bağacığının bitkilərə vurduğu ziyan, onunla mübarizə tədbirləri barədə məlumat və müvafiq tövsiyələr verilmişdir.

Keçidlər