Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qozlubulaq kəndinin sakinləri ilə görüşüb
İyulun 11-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Qozlubulaq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında son müddət baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinləri Tanrıverdiyev Azər, Ramazanov Ramiz, Hacıyev Mübariz və başqaları çıxış edərək kəndə yaxın ərazidə yanğından mühafizə dəstəsinin yaradılmasını, "Cücərmiş" adlanan ərazidən kəndə gələn içməli su xəttinin təmir olunması, örüş sahələrinin əkilməsinin qarşısının alınması və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.
Görüş zamanı vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuş, adidiyyəti şəxslərə məsələ ilə bağlı tapşırıqlar verilmişdir.