Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qudula kəndində səyyar qəbul keçirib
Fevral ayının 17-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Qudula kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı zamanı səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının nəzərinə çatdırıb, rayonda ötən il görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinləri Əliyev Niymət, Mahmudov Əfsər, Musayev Camal və başqaları çıxış edərək Qudula kənd tam orta məktəbinin binasının əsaslı təmir olunmasını, Qudula - Qaradağlı yolunun su yığılan hissələrində asfalt örtüyünün altından suötürücü boruların yerləşdirilməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







