Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qudula kəndinin sakinləri ilə görüşüb
Sentybarın 14-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qudula kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son dövrlər ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən danışıb, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini bildirərək, Ulu Öndərin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən bəhs edib.
Sonra kənd sakinləri Qaffarov Zahir, Əliyev Niymət, Musayev Camal və başqaları çıxış edərək Əyriçay su anbarında mövcud lil qatının təmizlənməsi, subasma təhlükəsi olan evlərin siyahıya alınması, yararsız elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirmişdir.