Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qumux kəndində səyyar qəbul keçirib
Noyabrın 7-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Qumux kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, bu qələbədən sonra bölgədə yaranan yeni reallıqlardan danışıb.
Sonra kənd sakinləri Babayev Elşən, Məmmədov İxtiyar, Rəsulov Rəsul və başqaları çıxış edərək Qumux kənd tam orta məktəbinin idman meydançasının təmir edilməsini, kəndin ərazisində bankomatının qoyulmasını və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.