Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qumux kəndinin sakinləri ilə görüşüb
May ayının 14-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Qumux kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Kənd sakinləri Səlimov Güloğlan, Məmmədov İxtiyar, Babayev Elşən və başqaları çıxış edərək kəndin mərkəzi yolunun əsaslı təmir olunmasını, kəndin elektrik təsərrüfatının SİP kabelləşdirilməsini, kənd tam orta məktəbinin idman meydançasının təmirini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







