Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Sarıca kənd sakinləri ilə görüşüb
Aprel ayının 14-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Sarıca kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək bildirib ki, bu cür görüşlər vətəndaş məmnunluğunun artırılması və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sonra rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.
Kənd sakinləri Hüseynov Sabir, Həsənova Aytən, Məmmədova Samirə və başqaları çıxış edərək Sarıca kənd tam orta məktəbi üçün əlavə sinif otaqlarının tikilməsinə köməklik göstərilməsini, kənd tibb məntəqəsi və uşaq bağçası üçün yeni binanın tikilməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







