Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Sarıca kəndinin sakinləri ilə görüşüb
Dekabrın 8-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Sarıca kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son dövrlər dünyada və ölkəmizdə ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən bəhs edib, həmçinin, Ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən, Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Qələbədən, 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradından danışıb.
Sonra kənd sakinləri Cəfərov Habil, Rəhimov Qurban, Əmrahov Tahir və başqaları çıxış edərək kənd məktəbinə gedən 400 metrlik uzunluğunda kənddaxili yolun asfaltlanması, Qayabaşı və Sarıca kəndlərində quraşdırılan dayanacaqlarda oturacaqların qoyulması, Sarıca kəndininin sürətli internetlə təmin edilməsib və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirmişdir.
Görüş zamanı narkomaniyanın yaratdığı fəsadlardan, onun qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilmişdir. Vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuşdur.