Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəki kəndində səyyar qəbul keçirib
Oktyabr ayının 10-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Şəki kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışından bəzi məqamları görüş iştirakçılarının diqqətinə çatdirib.
Sonra kənd sakinləri Tağıyev Nağı, Vəliyev Şakir, Hacıyev Qorxmaz və başqaları çıxış edərək kənd ərazisində ödəmə terminalının quraşdırılmasını, kənd qəbiristanlığına gedən istiqamətdə dəmir yolu üzərindən keçidin qoyulmasını, kəndin bəzi hissələrində köhnəlmiş elektrik dirəklərinin yenilənməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







