Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəki kəndinin sakinləri ilə görüşüb

05 iyun 2024 | 08:04

İyunun 4-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Şəki kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək iqlim dəyişmələrinin dünyanı narahat edən qlobal problemlərdən birinə çevrildiyini, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyini qeyd edib, 2024-cü ildə ölkəmizdə keçiriləcək COP29 dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platforma olduğunu vurğulayıb.

Sonra kənd sakinləri Tağıyev Nağı, Kazımov Fikrət, Rzayeva Fazilə və başqaları çıxış edərək Yevlax-Balakən magistral yolundan Şəki kəndinədək olan yolun əsaslı təmiri olunmasını, Cəyirli su anbarına suyun toplanması prossesində yaranan problemlərin aradan qaldırılmasını, su kanallarının təmizlənməsini və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər