Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin Köndələn kəndinin sakinləri ilə görüşüb.
Dekabrın 4-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Köndələn kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrdən, rayonda son dövrlər görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinləri Rüstəmov Vəli, İbrahimov Tofiq və başqaları çıxış edərək Şin çayında sel təhlükəsinin qarşısının alınması üçün bənd tikilməsini, Köndələn kənd tam orta məktəbinin əsaslı təmir olunmasını, zəbt torpaq sahələrinin sənədləşməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.
Görüşdə qəhvəyi mərmər bağacığının bitkilərə vurduğu ziyan, onunla mübarizə tədbirləri barədə məlumat və müvafiq tövsiyələr verilmişdir.







