Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şin kəndində səyyar qəbul keçirib.

23 aprel 2025 | 17:04

Aprelin 22-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Şin kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.

Sonra kənd sakinləri Afrizanov Bəşir, Osmanov Mövlüd, Məcidov Hümmət və başqaları çıxış edərək Şin kəndinə təbii qazın verilməsini, ərazidə ödəmə terminalının quraşdırılmasını, kəndin ərazisində əlavə transformatorun qoyulmasını və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Görüş zamanı Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı maarifləndirici söhbət aparmışdır.

Görüş zamanı, həmçinin, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin icbari sığortalanmasınınn vacibliyi vurğulanmışdır.

Keçidlər