Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şin kəndinin sakinləri ilə görüşüb
İyulun 16-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Şin kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının birinci müavini Elman İmamverdiyev, başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı səsləndərdiyi bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri haqqında kənd sakinlərinə məlumat verib.
Kənd sakinləri İsmayılov Əfəndi, Surxayev Əşrəf, Məsimov Lətif və başqaları çıxış edərək kəndə qaz xəttinin çəkilişinin sürətləndirilməsini, kəndin elektrik təsərrüfatında SİP kabelləşmə işlərinin aparılmasını, Şin çayının yaratdığı sel təhlükəsinin qarşısının alınmasını və sairə məsələləri xahiş ediblər.
Səyyar qəbulda qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







