Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şorsu kəndində səyyar qəbul keçirib

24 oktyabr 2025 | 08:54

Oktyabr ayının 23-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Şorsu kəndində səyyar qəbul keçirib.

Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrdən, rayonda son dövrlər görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinləri Ağaniyev Cəfər, İbrahimxəlilova Yeganə, Mikayılov Mehman və başqaları çıxış edərək kəndin içməli su ilə təchizatının yaxşılaşdırılmasını, kəndin giriş yolunun asfaltlaşdırılmasını, kənd tibb məntəqəsində inyeksiya prosedurlarının aparılmasına icazə verilməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Keçidlər