Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şorsu kəndinin sakinləri ilə görüşüb

06 mart 2024 | 09:26

Martın 5-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Şorsu kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxış etdiyini, həmçinin “Euronews” televiziyasına müsahibə verdiyini bildirib, həmin çıxış və müsahibədən bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sonra kənd sakinləri Mikayılov Mehman, Əlixanov Ziyəddin, Əlixanov Azərvə başqaları çıxış edərək kəndin  magistraldan  ayrılan  yolunun asfaltlaşdırılması, kəndin yuxarı hissəsində yerləşən subartezian quyusunun təmir olunması, “Pir dərəsi” adlanan ərazidən gələn 8 km-lik su xəttinin keyfiyyətdən düşmüş borularınıın dəyişdirilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlar, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilmiş, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuşdur.

Keçidlər