Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Suçma kəndində səyyar qəbul keçirib
Yanvarın 22-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Suçma kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyev 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibə zamanı səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının nəzərinə çatdırıb. Sonra icra başçısı rayonda ötən il görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Kənd sakinləri Musayev Müşfiq, Mustafayev İman, Şirinov Mehman və başqaları çıxış edərək kəndarası yolların təmir olunmasını, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsini, əkin sahələrinə gedən yolun bərpa edilməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







