Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Suçma kəndinin sakinləri ilə görüşüb

24 noyabr 2023 | 09:49

Noyabrın 23-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Suçma kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək cari ilin 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfər etdiyini bildirib, səfərlə əlaqədar Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatından bəzi fikirləri görüş iştirakçılarının nəzərinə çatdırıb, son dövrlər ölkəmizdə ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən, Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Qələbədən, rayonda aparılan quruculuq, bərpa işlərindən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinləri Musayev Müşfiq, Şirinov Bəhman, Qocayeva Arzu və başqaları çıxış edərək kəndin içməli su ilə təminatının yaxşılaşdırılması, kənddaxili yolların təmir olunması, Suçma kəndində orta məktəb üçün yeni müasir binanın tikilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirmişdir.

Keçidlər