Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Təpəcənnət kəndinin sakinləri ilə görüşüb
Yanvarın 13-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Təpəcənnət kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin 8 yanvar 2026-cı ildə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb, rayonda 2025-ci ildə görülən işlərdən, qarşıda duran vəzifələrdən söz açıb.
Sonra kənd sakinləri Mehdiyev Vəfadar, Əbdürrəhimova Rəsmiyyə və başqaları çıxış edərək həyətyanı torpaq sahələrinə hüquqi sənəd verilməsini, 20 ailənin içməli su ilə təmin etmək üçün xəttin çəkilişinə köməklik göstərilməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







