Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Turan qəsəbəsində səyyar qəbul keçirib

08 oktyabr 2026 | 17:56

Oktyabrın 8-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Turan qəsəbəsində səyyar qəbul keçirib.

Səyyar qəbulda başçının birinci müavini Elman İmamverdiyev, hüquq-mühafizə orqanlarının nümayəndələri, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışından irəli gələn vəzifələrdən danışıb.

Sonra ötən müddət ərzində qəsəbənin ərazisində görülmüş işlər barədə məlumat verilib.

Qəsəbə sakinləri Balaşov Nəbi, Əhmədov Cavid və başqaları çıxış edərək uşaq bağçası yerləşən ərazidə küçələrin asfaltlaşdırılmasını, qəsəbənin ərazisindəki qurumuş ağacların kəsilməsini və sair məsələləri xahiş ediblər.

Səyyar qəbulda qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Görüş zamanı, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin icbari sığortalanmasınınn vacibliyi vurğulanıb.

 

 

Keçidlər