Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Turan qəsəbəsinin sakinləri ilə görüşüb

04 may 2024 | 08:27

Mayın 3-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Turan qəsəbəsinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verdiyini bildirib, Azərbaycan 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcəyini, iki həftə ərzində Bakının dünyanın mərkəzinə çevriləcəyini və ölkəmizə 80 minə yaxın əcnəbi qonağın gələcəyini qeyd edib. 

Sonra qəsəbə sakini, Sosialist Əmək Veteranı Baba Səmədov, Ramiz Məmmədov,  Həzi Əliyev və başqaları çıxış edərək Turan qəsəbə tam orta məktəbi üçün yeni tədris korpusunun tikilməsini, qəsəbədəki futbol meydançasında geyim otaqının inşasını, qəsəbədə Yanğın Söndürmə Məntəqəsinin açılmasını, sahibsiz itlərə qarşı tədbirlərin görülməsini və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlar, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilmiş, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuşdur.

Keçidlər