Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Vərəzət kəndində səyyar qəbul keçirib

13 mart 2026 | 09:24

Mart ayının 12-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Vərəzət  kəndində  səyyar  qəbul  keçirib.

Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayonda aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə sakinlərə məlumat verib.

Sonra kənd sakinləri Həsənov Araz, Müslimov Ələşrəf və başqaları çıxış edərək kəndin mərkəzi küçəsinə yol nişanlarının qoyulmasını, əhalinin pay torpaqlarına gedən yolun təmir olunmasını, kəndin ərazisindəki sahibsiz itlərin zərərsizləşdirilməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

Keçidlər