Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yeni tədris ilinin başlanması münasibətilə məktəbli şəhid və qazi övladları ilə görüşüb

14 sentyabr 2026 | 17:19

Sentyabrın 14-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yeni tədris ilinin başlanması münasibətilə məktəbli şəhid və qazi övladları ilə görüşüb.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhid və qazi övladları, onların valideynləri iştirak ediblər.

Tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə, o cümlədən rayonda şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, biz Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, öz sağlamlıqlarını itirən qazilərimizə borcluyuq. Onlar böyük tarix yazdılar və öz övladlarını bizə əmanət etdilər.

İcra başçısı ötən tədris ilində Şəkidə təhsil sahəsində əldə olunmuş uğurlu nəticələr haqqında məlumat verib, məktəbliləri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

İş adamı, müharibə veteranı Rahim Calalov çıxış edərək hər zaman şəhid və qazi ailələrinin yanında olduğunu bildirib.

Şəhid anası, Əməkdar müəllim Dursun Cavadova  şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, məktəblilərə yeni dərs ilində uğurlar diləyib.

Sonra şəhid və qazi övladlarına məktəbli formaları və dərs ləvazimatları təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər