Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Fransanın Kolmar şəhərində keçirilən tədbirdə iştirak edib

28 iyun 2022 | 15:29

Fransanın Şəki şəhəri ilə qardaşlaşmış Kolmar şəhərində səfərdə olan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov həmin şəhərdə yerləşən, qədim tarixə malik Dominikan kitabxanasının bərpadan sonra keçirilən açılış mərasimində iştirak edib.

Açılış mərasimində çıxış edən icra başçısı bildirib ki, Şəki şəhəri və Kolmar şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası 19 may 2015-ci il tarixdə Şəki şəhərində və həmin ilin noyabr ayının 19-da Kolmar şəhərində imzalanıb. Ötən müddət ərzində iki şəhər arasında mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrin yaradılması məqsədilə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təşkil olunub, ayrı-ayrı tədbirlər həyata keçirilib.

Açılşı olan Dominikan kitabxanası haqqında danışan icra başçısı, bu kitabxananın bərpasının təkcə Fransada deyil, bütün dünyada mədəni irsin qorunmasına bir töhfə olduğunu vurğulayıb.

İcra başçısı "Böyük İpək Yolu"nun üzərində yerləşən Şəki şəhərinin festivallar şəhəri kimi tanındığını bildirib, Kolmar şəhərinin meri Erik Ştraumanı 7-9 iyul tarixlərində Şəkidə keçiriləcək Şəhər Günü və XI “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına dəvət edib.

Çıxışdan sonra Kolmar şəhərinin merinə xatirə hədiyyəsi təqdim edilmişdir.

Keçidlər