Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Göybulaq kəndinin sakinləri ilə görüşüb
Fevralın 21-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Göybulaq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfər etmiş Prezident cənab İlham Əliyevin çıxış və müsahibələrindən bəzi fikirləri iclas iştirakçılarının nəzərinə çatdırıb.
Sonra kənd sakinləri Əlimirzəyev Əlican, Musayev Əjdər, Şirinov Rahim və başqaları çıxış edərək kənddə elektrik dirəklərinin yenisi ilə əvəz olunması və köhnə transformatorun təmir olumasına köməklik göstərilməsi, Yevlax- Balakən avtomobil yolunun Göybulaq kəndi ərazisindən keçən hissəsində hərəkətin təhlükəsizliyi üçün nizamlayıcı yol nişanlarının qoyulması, Qoxmuq kəndinə məxsus örüş sahələrində Göybulaq kənd sakinlərinin mal-qaralarının otarılmasına icazə verilməsinə köməklik göstərilməsi və sairə məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.