Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı İbrahimkənd kəndinin sakinləri ilə görüşüb

26 avqust 2022 | 10:24

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 25-də İbrahimkənd kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılmış tarixi Qələbədən bəhs etmiş, ölkəmizin sosial-iqtisadi inkişafını əks etdirən göstəricilərə nəzər salmış, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.

Kənd sakinləri Əli Səfərov, Nurməmməd Orucov və başqaları çıxış edərək kənddə poçt şöbəsinin açılması, elektrik xətlərinin və dirəklərinin yenilənməsi,  kəndin ərazisində ödəniş aparatının qoyulmasına köməklik göstərilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər