Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı III Azərbaycan Milli Şəhərsalma Forumunda və onun davamı olaraq “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu” tədbirində iştirak edib.

17 oktyabr 2025 | 17:49

AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəvəti əsasında Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 15-17 oktyabr tarixlərində keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda və onun davamı olaraq “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu” tədbirində iştirak edib.
Forumda dayanıqlı şəhərsalma, əlçatan və keyfiyyətli mənzil təminatı, münaqişə və təbii fəlakətdən sonrakı bərpa, ekoloji və enerji-effektiv təcrübələr, rəqəmsallaşma və ağıllı şəhərlər, təbiət yönümlü həllər, iqlim dəyişikliyinə adaptasiya, regional və beynəlxalq tərəfdaşlıqların inkişafı, eləcə də şəhərsalma siyasəti ilə bağlı mövzular geniş müzakirə olunub. Foruma 64 ölkədən 400-ə yaxın iştirakçı qatılıb.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq üzrə İnkişafda olan Səkkizlər Təşkilatı (D-8) üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın, inklüziv artımın və dayanıqlı inkişafın təşviqi üçün mühüm platforma kimi formalaşıb. Tədbir D-8 ölkələrinin nazir, komissar və merlərini bir araya gətirərək milli iqlim və şəhər prioritetlərini ümumi iqtisadi məqsədlərlə uzlaşdırmaq, aşağı karbonlu inkişaf üçün innovativ yanaşmaları müzakirə etmək, yaşıl tərəfdaşlıqları təşviq etmək və D-8-i Qlobal Cənubda iqlimə davamlı şəhərsalma sahəsində aparıcı platforma kimi möhkəmləndirmək məqsədi daşıyır.

Keçidlər