Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı İkinci Biləcik kəndində səyyar qəbul keçirib

15 sentyabr 2022 | 17:39

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov İkinci Biləcik kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətməsindən danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində ermənilərin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlərin, hərbi texnikalarım və canlı qüvvəsinin darmadağın edildiyini bildirib.

Sonra kənd sakinləri Tariyel Məmmədov, Məmməd Mustafayev, Ehtibar Aslanov çıxış edərək  kənddaxili yolların asfaltlaşması, kənd əhalisinin icməli su təchizatının yaxşılaşdırılması,  telefon kabellərinin yenilənməsi, sürətli  internetin verilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər