Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı İnçə kəndinin sakinləri ilə görüşüb

21 iyul 2023 | 08:59

İyul ayının 20-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov İnçə kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısının səsləndirdiyi önəmli mesajları görüş iştirakçılarının nəzərinə çatdırıb, ölkəmizdə son müddətdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələr haqqında məlumat verib.

Sonra kənd sakinləri Qurbanov Seyfi, Məmmədov Əlösət, Ramazanov Tahir və başqaları çıxış  edərək kəndarası yolların əsaslı təmir olunması, kəndin ərazisində yeni tikilmiş evlərin elektrik enerjisi ilə təmin etmək üçün trasformatorun qoyulması, kəndin yüksək internetlə təmin olunması, şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri  üçün kənd məktəbi üçün idman zalının tikilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər