Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Kiçik Dəhnə kəndinin sakinləri ilə görüşüb

20 dekabr 2022 | 18:18

Dekabrın 20-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Kiçik Dəhnə kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə çıxışından bəzi fikirləri iştirakçılara çatdırmış, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasından söz açmışdır.

Sonra kənd sakinləri Rəşidov Aydın, Salamov Oruc və başqaları çıxış  edərək kənddə olan elektrik transformatorlarına ayrıcıların qoyulması, kəndin su problemi olan hissələrində yeni subartezian quyularının qazılması və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Görüşdə həmçinin müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda ətraf mühitin qorunması sahəsində görülən işlər, vətəndaşların bu sahədəki rolu barədə məlumat verilmiş,  ətraf mühitin mühafizəsinin hər kəsin borcu olduğu diqqətə çatdırılmışdır.

Keçidlər