Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Kiş kəndinin sakinləri ilə görüşüb
Yanvarın 25-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Kiş kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasındakı çıxışından bəzi fikirləri iştirakçılara çatdırıb.
Sonra kənd sakinləri Elşad Məsimov, Dursun Cavadova və başqaları çıxış edərək kəndin əsas küçələrinin asfaltlanmasına köməklik göstərməsi, həkim məntəqəsinin əsaslı təmir olunması, köhnə transformator yarımstansiyalarının yenilənməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.