Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Köbər Zəyzid kəndinin sakinləri ilə görüşüb

26 iyul 2023 | 09:18

İyulun 25-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Köbər Zəyzid kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək  son dövrlər dünyada cərəyan edən proseslərdən, ölkəmizdə ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən  danışıb,  Prezident cənab İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışından bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sonra kənd sakinləri Mustafayeva Aygün, Yusifov Rahim və başqaları çıxış edərək Köbər Zəyzid kəndində uşaq bağçasının açılmasına köməklik göstərilməsi, köhnə elektrik dirəklərinin yenisi ilə əvəz olunması, təsərrüfat yollarının təmiri ilə bağlı xüsusi texnikanın ayrılmasına köməklik göstərilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirmişdir.

Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlardan, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verimişdir.

Keçidlər