Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Köndələn kəndinin sakinləri ilə görüşüb
İyun ayının 16-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Köndələn kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək cari ilin 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Prezident İlham Əliyevin səfərlə bağlı mətbuata bəyanatlarından önəmli mesajları görüş iştirakçılarının nəzərinə çatdırıb, ölkəmizdə son müddətdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələr haqqında məlumat verib.
Sonra kənd sakinləri İbrahimov Tofiq, Rəsulova Səyalı və başqaları çıxış edərək kənd yollarının əsaslı təmiri, Köndələn kənd tam orta məktəbi üçün yeni binanın tikilməsi, Aşağı Göynük kənd həkim məntəqəsinin yenidən sahə xəstəxanası kimi fəaliyyətinin bərpa olunması və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.