Şəki Şəhər İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib.
Oktyabrın 19-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aran kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son dövrlər ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən, cari ilin 17 oktyabr tarixində “Füzuli şəhəri günü”ndə Prezident İlham Əliyevin Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışından bəzi mesajları iclas iştirakçılarının nəzərinə çatdırıb.
Sonra kənd sakinləri Məmmədov Qəzənfər, Xurşudova Pərnisə, Məmmədova Mehriban və başqaları çıxış edərək Aran kəndində qazla təmin edilməsi, kənd yollarının təmir edilməsi, Aran kənd ümumi orta məktəbinin əsaslı təmir edilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.